Ukrayna lideri Volodimir Zelenskiyə Moskva ilə sülh danışıqları aparmaq qadağan edilib, çünki bu, Rusiyanın münaqişədə qələbəsi deməkdir.
"Unikal" xəbər verir ki, bu fikirləri alman iş adamı və fəal Kim Dotkom "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Onun qiymətləndirməsinə görə, Ukrayna artıq diz çöküb, lakin ABŞ Demokratik Partiyasının naminə daha yüz min ukraynalı ölməli olacaq.
"Zelenskiyə sülh danışıqlarına getməyə icazə verilmir, çünki bu, Rusiyanın qələbəsi deməkdir və bu, Harrisin seçkilərdə uğursuzluğuna gətirib çıxaracaq. Bayden və Harris iyrənc kütləvi qatillərdir ", - o, qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Almaniya kansleri Olaf Şolts Ukraynada münaqişənin sona çatmasını sürətləndirmək üçün müzakirələrə başlamağın məqamının yetişdiyini bildirmişdi. O xatırladıb ki, Ukrayna üzrə növbəti sülh konfransı istənilən halda baş tutacaq və ona Rusiya da dəvət olunacaq.
Gülayə Mecid