ABŞ-də yeni evlənən cütlük toy günü mübahisə etdikləri toy şahidlərini qətlə yetiriblər.

"Unikal" xarici KİV-ə istinadən  xəbər verir ki,  hadisə Miçiqan ştatında qeydə alınıb. 

Belə ki, yenicə evlənən 22 yaşlı Ceyms Duqlas Şirah və Savanah Nikol Kollier toylarını dostları ilə pizzacıda qeyd ediblər. Cütlüyün nikah şahidi olmuş Terri Lyuis Taylorla bəy arasında mübahisə yaşanıb. 

Bundan sonra Duqlas maşını ilə Teylorun üzərindən keçib. Gənc aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hadisə yerindən qaçan bəylə gəlin daha sonra yaxalanıb, həbs edilib və qətldə ittiham olunub.

Seymur Əli