Hindistanın Bihar əyalətində həkim "YouTube"da baxdığı video ilə əməliyyat edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, həkim öd kisəsi əməliyyatını icra edərkən "YouTube”dan kömək alıb.
Ailəsi qusma və qarın ağrısı əlamətləri ilə xəstəxanaya yerləşdirilən uşağın həkim tərəfindən "YouTube"videosunun köməyi ilə əməliyyat olunduğunu iddia edib.
Əməliyyat zamanı ürəyi dayanan 15 yaşlı uşağın təcili yardımla başqa xəstəxanaya aparılarkən dünyasını dəyişdiyini bildirən ailəsi övladının ölümünə "saxta həkim"in səbəb olduğunu iddia edib. Ailəsi, həmçinin, həkimin uşaqlarını xəstəxanada qoyaraq qaçdığını bildirib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Zərifə Nağıyeva