Ötən il yoxa çıxan Çinin keçmiş xarici işlər naziri Qin Qanq Çin Xarici İşlər Nazirliyinin nəzdindəki "World Affairs Press" nəşriyyatında aşağı səviyyəli vəzifəyə təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanının "The Washington Post" (WP) nəşri məlumat yayıb.
Məlumata görə, 58 yaşlı Qin Xarici İşlər Nazirliyinə bağlı dövlət nəşriyyatı olan "World Affairs Press" çalışır.
Nəşr bu cür aşağı salınmanın nisbətən “yüngül cəza növü” olduğunu vurğulayıb. Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsindən azad edilməsinin səbəbləri arasında ABŞ-dən olan bir sıra ekspertlərin fikirləri qeyd edilib.
İddialara görə, məmur ABŞ-də övlad sahibi olub və bu səbəbdən Çin hökuməti onu itkin kimi göstərib. Daha sonra vəzifəsindən azad edib və aşağı vəzifəyə təyin edib.
Gülayə Mecid