Gürcüstanda seçki dövrü  xarici qüvvələrin görünməmiş müdaxiləsi fonunda keçir.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinq zamanı bildirib. 

Kobaxidzenin sözlərinə görə, hadisələrin bu cür inkişafı seçki prinsiplərinə ziddir. Eyni zamanda o, xarici qüvvələrin seçki prosesinin nəticələrinə təsir göstərə bilməyəcəyinə əminliyini ifadə edib.

Bundan əvvəl Kobaxidze bəyan edib ki, Gürcüstanda 450-dən çox təşkilat əvvəllər qəbul edilmiş qanuna uyğun olaraq xarici agentlərin reyestrində qeydiyyatdan keçib.

Mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun qəbul edib . Sənəd xarici mənbələrdən pul alan qeyri-hökumət təşkilatlarının (QHT) və KİV-lərin reyestrinin yaradılmasını nəzərdə tutur. Siyahıya gəlirlərinin 20%-dən çoxu xarici maliyyədən gələn hüquqi şəxslər və ya KİV-lər daxil ediləcək. Qanun fiziki şəxslərə şamil edilmir. Qanun layihəsinin müzakirəsi etiraz aksiyaları ilə müşayiət olunub.

Gülayə Mecid