Qırğızıstanda prezident Sadır Japarovun fərmanı ilə dövlət qulluqçularının maaşlarının artırılmasına 2026-cı ilə qədər moratorium tətbiq edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu tədbirlər dövlət büdcəsinin xərclərinin optimallaşdırılması məqsədilə həyata keçirilib.
"Fərmanla dövlət idarə, komitələrinin işçilərinin, prezidentin bölgələr üzrə səlahiyyətli nümayəndələrinin, habelə yerli administrasiyaların məsul işçilərinin əməkhaqlarının artırılmasına moratorium qoyulub”, - məlumatda qeyd olunub.
Bildirilir ki, amma istənilən idarənin işçilərinin sayında dəyişiklik və məmurların maaşlarının artırılması yalnız respublika rəhbərinin xüsusi qərarı əsasında həyata keçiriləcək.
Gülayə Mecid