Almaniya kansleri Olaf Şolts bir növ yeni Minsk razılaşması olan Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün öz planını hazırlayır. Bu, Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini istisna etmir.
"Unikal" xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti hökumətə və Almaniya Sosial Demokrat Partiyasına yaxın mənbəyə istinadən yazıb.
Qeyd olunur ki, Şolts partiyasının regional və Avropa seçkilərindəki uğursuzluqları fonunda şəxsi mövqelərini gücləndirmək üçün Ukrayna kartını oynamaq qərarına gəlib.
Nəşr qeyd edir ki, müxalif Xristian Demokrat İttifaqı da kansleri münaqişəyə son qoymağın mümkün yollarını axtarmağa sövq edir.
Xatırladaq ki, Şolts bir müddət əvvəl demişdi ki, Ukraynada münaqişənin sona çatmasının sürətləndirilməsi ilə bağlı müzakirələrə başlamağın vaxtı çatıb. O, həmçinin xatırladıb ki, Ukrayna üzrə növbəti sülh konfransı istənilən halda baş tutacaq və ona Rusiya dəvət olunacaq.
Gülayə Mecid