Rusiyanın Kareliya Respublikasının Segeja şəhərində aralarında 48-nin uşaq olduğu 115 nəfər şaurmadan zəhərlənib.
"Unikal" xəbər verir ki, bu barədə Rospotrebnadzorun regional idarəsi məlumat yayıb.
Sentyabrın 3-də 115 nəfərin kəskin bağırsaq infeksiyası salmonellyoz səbəbilə zəhərləndiyi bildirilib.
Ölkənin Respublika İstintaq Komitəsi şaurma məntəqəsinin sahibinin həbs olunduğunu bildirib. Onun barəsində təhlükəsizlik tələblərinə cavab verməyən malların satışı maddəsi ilə cinayət işi başlanıb.
Həmçinin, məhkəmə şaurmanın satıldığı məntəqənin fəaliyyətini 60 gün müddətinə dayandırıb.
Xəstələrin vəziyyətinin isə orta və ağır olduğu qeyd olunub.
Zərifə Nağıyeva