Braziliyanın xarici işlər naziri Mauro Vieyra Səudiyyə Ərəbistanında Ər-Riyadda keçirilən görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrova Braziliya millisinin futbolçusu və “Real Madrid”in futbolçusu Vinisius Juniorun imzası olan köynək hədiyyə edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Lavrov hədiyyəyə təəccüblənib və "Real Madrid" forvardı onun sevimli futbolçularından biri olduğunu söyləyib.