Sumqayıtda 9-cu mikrorayonda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
"Unikal" xəbər verir ki, 2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları bınanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
F. İsmayılov universitet tələbəsi olub.
Fakt araşdırılır.