Portuqaliya hökuməti sentyabrın 7-də Lissabon həbsxanasından qaçan 5 məhbus üçün milli və beynəlxalq həyəcan təbili çalıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunula bağlı Portuqaliya Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Sisteminin Baş Katibi Manuel Vieira mətbuata açıqlama verib.
Sentyabrın 7-də ikisi Portuqaliya, bir Argentina, bir Britaniya və bir gürcü olmaqla 5 məhbus, kənardan aldıqları yardımla paytaxt Lissabonun 70 kilometr şimalındakı Alcoentre qəsəbəsindəki "Vale de Judeus Həbsxanasından" da qaçıb.
7 il ilə 25 il hapis cəzası olan məhbusların çox təhlükəli olduğunu bildirən Vieira ölkədəki bütün təhlükəsizlik sisteminin aktiv duruma keçirildiyini, onlar haqqında beynəlxalq axtarışa verildiyini bildirib.