Ermənistan prezidenti Vaaqn Xaçaturyan Ermənistan Silahlı Qüvvələrinin 5-ci Ordu Korpusunun komandiri Sasun Badasyanı tutduğu vəzifədən azad edib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının saytında məlumat verilib.
Badasyanın işdən çıxarılması təklifi Ermənistanın baş naziri Nikol Paşinyandan gəlib.
Qeyd edək ki, Badasyan 2023-cü il fevralın 17-də Ermənistan Silahlı Qüvvələrinin 5-ci Ordu Korpusunun komandiri təyin edilib.