Türkiyənin milli müdafiə naziri Yaşar Güler Gürcüstana səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

O, Türkiyə – Azərbaycan – Gürcüstan Üçtərəfli müdafiə nazirləri toplantısında iştirak etmək üçün Gürcüstana gedib.

Yaşar Güleri Gürcüstan müdafiə nazirinin müavini Paata Patiaşvili, Türkiyənin Tbilisidəki səfiri Ali Kaan Orbay və digər rəsmi şəxslər qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov da Batumi şəhərində keçiriləcək Azərbaycan – Gürcüstan – Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanda səfərdədir.