Vyetnamın şimalındakı Futho əyalətində körpü uçub, insanlar və maşınlar suya düşüb.

"Unikal" xəbər verir ki, bu barədə “VnExpress” xəbər portalı məlumat yayıb.

Krasnaya çayı üzərindəki körpününü uçması nəticəsində 10-a yaxın avtomobil və iki motosiklet suya düşüb. Təxminən 13 nəfər itkin düşüb, 4 nəfər xilas edilib.

Vyetnam hərbçiləri itkin düşənlərin axtarışını davam etdirir. İtkin düşənlərin dəqiq sayı daha çox ola bilər.