Amerikalı multimilyarder İlon Mask Britaniya parlamentinə çağırıldı.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bunun səbəbi Maskın öz sosial media platformu olan “X”lə bağlı ifadə verməli olduğudur.
Hakim Leyboristlər Partiyasından olan deputat Don Butlerin sözlərinə görə, “X” şəbəkəsində və digər sosial şəbəkələrdə nifrət dolu məzmunun yayılmasında alqoritmlərin istifadəsini və bu cür materialların moderasiyasını yoxlamaq “parlamentin elm və texnologiya komitəsi üçün həyati əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, bu səbəbdən qanunvericilər Maskın Elm və Texnologiya Komitəsi qarşısında ifadə verməsini istəyirlər.
Fidan Nuriyeva