ABŞ prezidentliyinə namizədlər – keçmiş prezident Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris ilk televiziya debatını keçirəcəklər.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu debat Respublikaçı və Demokratik partiyalar tərəfindən ən yüksək dövlət vəzifəsinə rəsmi olaraq namizəd göstərildikdən sonra baş tutacaq. 

Qeyd edək ki, ABC telekanalının ev sahibliyi edəcəyi debat Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək və 90 dəqiqə davam edəcək.

ABŞ-ın bütün əsas televiziya şəbəkələri debatı ölkənin yerli saatı ilə saat 21:00-da yayımlayacaq.

Fidan Nuriyeva