Amerikalı sahibkar İlon Mask ABŞ-nin sürətlə iflasa uğradığını bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə "X" platformasında yazıb.
Maskın fikrincə, əgər Donald Tramp prezident seçkilərində qalib gəlsə, ölkədə son dərəcə nadir hallarda tənzimləmənin ləğvi və hökumətin həcminin azaldılması imkanı olacaq. Pentaqonun büdcəsi son dərəcə böyükdür və ildə 1 trilyon dollar təşkil edir. Eyni zamanda, dövlət borcu üzrə faiz ödənişləri artıq müdafiə büdcəsini üstələyib.
Gülayə Mecid