Moskva vilayətinin Ramenskoye şəhərində pilotsuz təyyarənin hücumu zamanı 46 yaşlı qadın həlak olub, daha 3 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov öz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, hazırda 43 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərində yerləşdirilib.
Moskva meri Sergey Sobyanin sentyabrın 10-na keçən gecə Domodedovo, həmçinin Podolsk, Ramenski və Lyubertsı rayonlarında 12 pilotsuz təyyarənin vurulduğunu bildirib.