Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında iştirak etməyi planlaşdırmır.
"Unikal" xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov ABŞ-nin hazırda Rusiya lideri üçün optimal səyahət məkanı olmadığını qeyd edib.
"Son illər o, çox uzaq yerlərə səyahət etmir. Həmçinin, BMT-nin qərargahı kimi öz öhdəliklərini tam yerinə yetirmir. Ona görə də indi bu, yəqin ki, səyahət üçün ən yaxşı istiqamət deyil", - Peskov izah edib.
Gülayə Mecid