Pensilvaniya ştatında (ABŞ) mağarada tapılan şəxsin kimliyi açıqlanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 1977-ci ilin qışında mağaralardan birində donmuş halda tapılan kişinin kimliyi nəhayət müəyyənləşib. Məlumata görə, ölən şəxs Vaşinqtondan olan Nikolas Pol Qrubbdur.
Öləndə onun 27 yaşı var idi. Qalıqlar Appalachian Trail boyunca gəzintiçilər tərəfindən tapılıb, lakin onun şəxsiyyətini müəyyən etmək səylərinə baxmayaraq, Nikolay illər boyu tanınmayıb.
Berks İlçe Koroner Ofisi bildirib ki, detektivlər Qrubbun barmaq izlərini bərpa edə bilib və onları NamUs verilənlər bazası koordinatorlarına göndərib, orada bir saatdan az müddətdə uyğunluq tapılıb.
Nikolayın ailəsi artıq bu xəbəri alıb.
Gülayə Mecid