Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 7-də hakim "Mülki Müqavilə" partiyasının üzvləri üçün ziyafət təşkil edib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, ziyafət Paşinyanın Göyçə gölünün sahilindəki malikanəsində baş tutub.
Əvvəlcə Nikol Paşinyan qonaqları üçün malikanəyə ekskursiya keçirib. Tədbirə DJ dəvət olunub, Paşinyan və qonaqlar rəqs edib, əyləniblər.
Paşinyan və partiyasının üzvləri daha sonra göldə qayıqla gəzintiyə çıxıblar.
Ağarza Elçinoğlu