Kreml ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris arasında keçiriləcək debatı izləməyi planlaşdırmır və tədbirin nəticələri ilə bağlı heç bir gözləntisi yoxdur.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Xeyr, baxmağı planlaşdırmırıq. Nə isə gözləmək bizim işimiz deyil, bu, amerikalı seçicilərin işidir", - o, brifinqdə jurnalistlərin sualını cavablandırarkən deyib.
İki amerikalı namizəd arasında debat sentyabrın 10-da Filadelfiyadakı Milli Konstitusiya Mərkəzində keçiriləcək. Onların reklam fasilələri ilə 90 dəqiqə davam edəcəyi gözlənilir. Veriliş ABC News tərəfindən yayımlanacaq.