Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, 125 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusla minik maşını toqquşub.

Qəza nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib.

"BakuBus"dan saytımıza bildirilib ki, hadisə ötən gün səhər saat 06:20-də olub.

"Hadisə 28 May küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb. Sürücünün  verdiyi məlumata görə, avtobus digər nəqliyyat vasitəsi tərəfindən zədələnib. Bu barədə Dövlət Yol Polisinə məlumat verilib, araşdırma aparılır".

Anar Kəlbiyev