Vyetnamın şimalında təsirli olan "Yagi" qasırğası nəticəsində ölənlərin sayı artıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qasırğa nəticəsində ölənlərin sayının 65-ə yüksəldiyi, 39 nəfərin isə itkin düşdüyü bildirilib.
Təbii fəlakət nəticəsində ümumilikdə 752 nəfərin xəsarət aldığı, ölkədə sənaye və yaşayış məntəqələrinə böyük maddi ziyan dəydiyi qeyd olunub.
Zərifə Nağıyeva