Danışıqlar rahat getmir, bir sıra çətinliklər var, lakin sülh sazişinin məzmununun böyük hissəsi razılaşdırılıb.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın hakim "Mülki müqavilə" fraksiyasının katibi Artur Hovhannisyan deyib.
Deputatın sözlərinə görə, Ermənistan-Azərbaycan ikitərəfli danışıqlarının müsbət tərəfləri var: "Lakin təcrübə göstərir ki, başqa maraqları olan digər regional dövlətlər həmin söhbətə müdaxilə etdikdə onların təzyiqləri də Ermənistan-Azərbaycan söhbətinə təsir edə bilər".
Ovannisyan qeyd edib ki, o, artıq Dağlıq Qarabağ məmurları və elitalarını tanımır: "Artsaxın ləğvi haqqında sənədi imzalayan və Artsaxın dağılması üçün hər şeyi edənləri elita hesab edə bilmərəm. Məsələnin kənarda qalmasına gəlincə, o danışıqlar Ermənistanla Azərbaycan arasındadır. Biz hamımız başa düşürük ki, Dağlıq Qarabağdan köçkün düşmüş soydaşlarımızın geri qayıtmaq hüququ məsələsi dalana dirənib, çünki biz Dağlıq Qarabağın nümayəndələrini Azərbaycan nümayəndələri ilə danışıqlar aparmaq üçün Sofiyaya getməyə razı salan zaman, onlar danışıqlara getmək istəyənlərin hamısını satqın adlandırdılar və Sofiyanın əvəzinə DQ nümayəndələrini Yevlaxa göndərdilər".
Ağarza Elçinoğlu