Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməyə sentyabrın 24-də baxacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məhkəmə avqustun 30-da İrəvan və Bakının imzaladığı sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır. Ötən həftə reqlament Ermənistan hökumətinin iclasında təsdiq edilib. Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə verdikdən sonra parlamentdə müzakirəyə çıxarılacaq.
Ağarza Elçinoğlu