ABŞ dövlət katibi Entoni Blinken İrandan Rusiyaya ballistik raketlərin çatdırıldığını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Biz İrana açıq şəkildə xəbərdarlıq etdik ki, bu addım təhlükəli eskalasiyaya çevriləcək. İndi də Rusiya bu raketlərin partiyalarını alıb. Bu gün ABŞ raket tədarüklərinə cavab olaraq İrana, o cümlədən "Iran Air"ə qarşı yeni sanksiyalar elan edəcək. Rusiya çox güman ki, bir neçə həftə ərzində bu təchizatdan istifadə edəcək", - Blinken bildirib.
Ağarza Elçinoğlu