Böyük Britaniya Rusiya Hərbi Kosmik Qüvvələri, 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzi, eləcə də Hərbi-Nəqliyyat Aviasiyasının Komandanlığına qarşı sanksiyalar tətbiq edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, Rusiyaya dəstək göstərdiyi səbəbindən məhdudiyyətlər pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşan “Baharestan Kish Company” də daxil olmaqla, İrana məxsus yeddi hüquqi şəxsə də şamil ediləcək.
Qeyd edək ki, rəsmi Londonun sanksiyalarının təsiri altına həmçinin Rusiyaya yardımlarda şübhəli bilinən beş ədəd hərbi gəmi də düşüb.