Gəncədə sirkə turşusu içən kişi xəstəxanada ölüb.
"Unikal"ın qərb bürosunum məlumatına görə, şəhər sakini 1971-ci il təvəllüdlü Ceyhun Əliyev yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib.
53 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, C.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən sirkə tutşusu içərək özünü zəhərlənməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov