Tacikistan ölkə vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.
"Unikal" xəbər verir ki, bu barədə Tacikistan səfirliyi bəyanat yayıb.
“Rusiya Federasiyasında quru və hava keçid məntəqələrində xarici vətəndaşların dövlət sərhədindən keçməsinə davam edən gücləndirilmiş nəzarət rejimini nəzərə alaraq, Tacikistan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi Tacikistan Respublikasının vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına səfərdən çəkinməyi tövsiyə edir”, – deyə bəyanatda qeyd edilir.