İsrailin baş naziri Binyamin Netanyahu Fələstinin Həmas hərəkatının girovlarının yaxınlarının tənqidlərinə cavab olaraq videomüraciət yayıb,
"Unikal" xəbər verir ki, siyasətçi çıxışı zamanı xüsusilə bildirib ki, “onlar üçün ən əziz olanı itirən girovların ailələrinin fəryadını” eşidir.
“Həyat yoldaşımla mən ürəyimizi parçalayan görüşlərə gedirik. Eşidirəm, dinləyirəm, mühakimə etmirəm. Mən girovları qaytarmaq və müharibədə qalib gəlmək üçün mümkün olan hər şeyi edəcəyəm”, - deyə Netanyahu bildirib.