Almaniyanın Duysburq şəhərində “Grillo” kimya zavodunda güclü yanğın qeydə alınıb. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət təxminən ölkənin yerli vaxtı ilə 16:20-də sink sulfat zavodunda yanğının baş verdiyini təsdiqləyib.

Qeyd edək ki, hadisə yerində yanğınsöndürənlər işləyir, lakin yanğının yaxın vaxtlarda sönəcəyi gözlənilmir. 

Fidan Nuriyeva