Alim-fizik Albert Eynşteynin nasist Almaniyasının nüvə silahı yaratmaq təhlükəsindən bəhs edən məktubu satılıb.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, hərraca çıxarılan məktubun 3,92 milyon dollara satıldığı bildirilib.
Qeyd edək ki, alim öz mesajında ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə xəbərdarlıq edib ki, nasist Almaniyası nüvə tədqiqatlarından “son dərəcə güclü bombalar” yaratmaq üçün istifadə edə bilər.
Fidan Nuriyeva