Litva prezidenti Gitanas Nauseda və Latviyanın baş naziri Evika Silinia Kiyevə gediblər.
"Unikal" xəbər verir ki, bu barədə Litva prezidenti "Facebook"da məlumat yayıb.
“Mən Kiyevə təzə gəlmişəm. Ukrayna ilə həmrəylik əlaməti olaraq əziz dostum Prezident Volodimir Zelenski ilə görüşmək xoşdur. Ukraynanın hərbi və iqtisadi dəstəyi onun suverenliyi və ərazi bütövlüyünün qorunması üçün həlledici əhəmiyyət kəsb edir”, - Nauseda yazıb.
Qeyd edək ki, bu ABŞ dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi də bu gün Ukraynaya səfər edəcəklər.
Gülayə Mecid