Qəzzanın cənubundakı Rəfah bölgəsində İsrail ordusuna məxsus helikopter qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Sikorsky" model helikopter gecə saatlarında texniki nasazlıq səbəbilə qəzaya uğrayıb.

Qəza nəticəsində 3 əsgərin öldüyü, 4-ü ağır olmaqla 8 əsgərin yaralandığı bildirilib.

Qəzanın səbəbləri araşdırılır.