6 sentyabrda başlayan “Yagi” super tayfunu Çinin Haynan əyalətini, sonra isə Vyetnamı vurub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, tayfun nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb. Daha 58 nəfər itkin düşənlər siyahısındadır.

Məlumata görə, tayfun nəticəsində Vyetnamda sel bütöv bir kəndi yuyub aparıb. Yerlə-yeksan olan kəndin bütün əhalisindən xəbər yoxdur. 

Gülayə Mecid