"Sərhədlər etibarlı olmalıdır".
"Unikal" xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami SEPAH-ın Urmiyadakı beşinci Hərbi Hava Qüvvələri bazasının açılış mərasimində deyib.
"Çünki təhlükəsizlik olmadan İslam cəmiyyəti üçün tərəqqi və firavanlıq olmayacaq və bizdən bütün sahələrdə kəmiyyət və keyfiyyətcə inkişaf etmək tələb olunur", - o deyib.
Şimal-qərb bölgəsində Həmzə Seyid əş-Şohada bazasının missiyalarına dəstək məqsədi ilə açılan Urmiyadakı İran İnqilab Keşikçiləri Korpusunun beşinci hava bazası şimal-qərb bölgəsindəki sərhəd bazalarına havadan dəstək verəcək.
Ağarza Elçinoğlu