Rusiya Zəngəzur dəhlizi ilə bağlı Tehranla əvvəlki razılaşmalara sadiqdir.
"Unikal" xəbər verir ki, bu barədə Sankt-Peterburqda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib
Onun sözlərinə görə, Rusiyanın bu məsələdə mövqeyi dəyişməyib: "Rusiya Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizinə münasibətdə İranın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir".
Əhmədian öz növbəsində İranın bütün sahələrdə, xüsusilə də iqtisadi sahədə əməkdaşlığı genişləndirməyə hazır olduğunu qeyd edib.
Ağarza Elçinoğlu