Pakistanda ata qızının təhlükəsizliyini təmin etmək üçün çox qeyri-adi üsuldan istifadə edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qızının başına təhlükəsizlik kamerası yerləşdirən ata bu davranışı ilə sosial şəbəkədə diqqət çəkib. 

Gənc qız başında böyük kamera ilə görüntülənməsinin səbəbini açıqlayıb. O, kameranı atasının quraşdırdığını və məqsədinin onun hər hərəkətini izləmək olduğunu izah edb. Qız atasının qərarına qarşı çıxmadığını və bunun özünü qorumaq üçün edildiyini bildirir.

Gənc qızın sözlərinə görə, ailəsi Kəraçidə bir qadının öldürülməsindən sonra bu tədbiri görüb. Bənzər bir təhlükə ilə üzləşə biləcəklərini düşünən ailə təhlükəsizlik baxımından bu üsulu zəruri görüb.

Gülayə Mecid