Kreml Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Kazanda keçiriləcək BRİKS sammiti çərçivəsində ünsiyyət quracağını gözləyir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ümid edirik ki, iki prezident Kazanda keçiriləcək BRİKS sammitində ünsiyyət quracaqlar. İki dövlət başçılarımız üçün belə bir fürsət yaradılacaq", - deyə Peskov Putin və Ərdoğan arasında təmasların ilin sonuna qədər baş tutub-tutmayacağı sualına cavab verib.

Ağarza Elçinoğlu