Qərb Moldovanı Ukraynanın başına gələn fəlakətə doğru itələyir.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Moldova Qərbdən indi Ukrayna ərazisində sınaqdan keçirilmiş eyni fəlakətə doğru sövq edilir", - XİN rəsmisi vurğulayıb.
Zaxarova qeyd edib ki, Moldovada oktyabrın 20-də keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca Kişinyov anti-Rusiya ritorikasını gücləndirir.
Gülayə Mecid