Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Zelenski “X” platformasında bildirib.
“Bizim müzakirəmizin əsas mövzuları humanitar minatəmizləmə, müharibədən sonrakı bərpa və enerji infrastrukturunun yenidən qurulması olub”, - Zelenski qeyd edib.
Zelenski onu da qeyd edib ki, Xorvatiya Ukraynaya 11-ci hərbi yardım paketini elan edib.