Rusiya-Ukrayna müharibəsində iştirak edən daha bir azərbaycanlı həlak olub.
"Unikal"ın məlumatına görə, Rusiya tərəfində döyüşən 1971-ci il təvəllüdlü Lənkəran rayon Sutamurdov kənd sakini Paşayev Ramiz Paşa oğlu ağır döyüşlərdən birində həlak olub və onun meyiti döyüş meydanında qalıb. Stavropol vilayəti Azərbaycan diasporu fəallarının təşəbbüsü ilə meyit döyüş meydanından çıxarılıb və dəfn olunması üçün Azərbaycana göndərilməsi təmin olunub.
Ehtiram Muradov