Almaniyanın Drezden şəhərində Elba çayı üzərindəki Karola körpüsünün dəmir yolu hissəsi uçub.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sonuncu tramvay körpünün uçmasına 10 dəqiqə qalmış onu keçdiyi üçün fəlakətin qarşısı alınıb.
Qeyd edək ki, Drezden Yanğından Mühafizə İdarəsinin verdiyi açıqlamada relslərin yerləşdiyi körpünün təxminən 100 metrlik hissəsinin dağıldığı, ölən və yaralananların olmadığı bildirilib.
Fidan Nuriyeva