Malayziyada uşaq rifah evlərində cinsi zorakılıq qeydə alınıb.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, polis İslam biznes qrupu ilə əlaqəli 20 sosial təminat evinə basqın edib.
Edilən basqın nəticəsində ortalama 1-17 yaş aralığında 402 uşaq cinsi zorakılıqdan xilas edilib. Hadisə ilə əlaqəli 171 nəfər isə həbs edilib.
Qeyd edək ki, həbs olunanlar arasında 66 kişi və 105 qadın var ki, onların da əksəriyyəti din müəllimləri olub.
Xilas edilən uşaqların tibbi müayinəyədən keçiriləcəyi bildirilib.
Fidan Nuriyeva