İtaliya və Cənubi Koreyadan olan 4 alpinist sentyabrın 10-da Alp dağlarının ən yüksək zirvəsi olan Mont Blanda itkin düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onların itkin düşməsi xəbərindən sonra zirvədə axtarışlar aparılıb. Çox keçməyib ki, alpinistlərin meyitləri aşkarlanıb.
Haute-Savoie prefekturası onların "yorğunluqdan öldüklərini" bildirib və əlavə edib ki, hadisə yerinə gələn xilasedicilər əvvəlcə iki koreyalı, daha sonra italiyalı alpinistləri tapıblar.
Gülayə Mecid