"Ermənistanın bəyannaməyə (Avropa Şurasının Ukrayna ilə bağlı sentyabrın 5-də Vilnüsdə Avropa Şurasına üzv dövlətlərin nazirləri tərəfindən qəbul edilən bəyannaməsi - red.) qoşulması İrəvan üçün fəlakət olardı".
"Unikal" xəbər verir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov bildirib.
"Belə olan halda Ermənistan olmamalı olduğu çərçivədə meydana çıxdı. Avropa onu seçim qarşısında qoydu. Əgər hökumət sizin dediyiniz sənədi imzalasa, bu, Ermənistan üçün tam bir fəlakət və Rusiya ilə bütün münasibətlərin tamamilə kəsilməsi olardı. Paşinyan buna hazır deyildi, Ermənistan da buna hazır deyil", - Tarasov qeyd edib.
Rusiyalı ekspert xatırladıb ki, Roma Əsasnaməsi Monqolustan tərəfindən imzalanıb və Rusiya prezidenti həmin ölkəyə səfər edib. Tarasovun sözlərinə görə, bu və rəsmi olaraq nizamnaməyə qoşulmuş bir sıra digər ölkələr onun həyata keçirilməsindən yayınır.
Paşinyanın Kazana gedib BRİKS sammitində iştirak etmək qərarına gəlincə, politoloqun fikrincə, bunun heç bir mənası olmayacaq: "Ermənistan Türkiyə və Azərbaycandan fərqli olaraq orada qonaq olacaq. Unutmayın, Qarabağsız Ermənistan heç kimə lazım deyil. Ermənistanı Qarabağ vasitəsilə hələ də xilas etmək olardı, amma Qarabağ təhvil verildi".
Ağarza Elçinoğlu