Xəbər verdiyimiz kimi, sentyabr ayının 10-da “İrəvan Dialoqu” adlı beynəlxalq forum baş tutub. İrəvan foruma bir çox ölkədən yüksək səviyyəli qonaqlar dəvət edib. Dəvət edilənlər arasında Rusiyanın XİN rəhbəri Sergey Lavrov da olub.
"Unikal" xəbər verir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov bildirib ki, Lavrov İrəvanın bu dəvətini rədd edib.
Politoloq hesab edir ki, Ermənistan özünə problemlər yaradır, sonra bu problemləri siyasətə çevirməyə çalışır: "Bundan meydan oxumaq, teatr düzəltmək lazım deyildi... Lavrovun Ermənistanda keçirilən "İrəvan dialoqu" beynəlxalq forumuna qatılmaması artıq kifayətdir. Bu, Rusiyanın, ümumiyyətlə, belə bir siyasi vəziyyətdə Ermənistanı görməzdən gələ biləcəyinin göstəricisidir. Dəvət var idi, amma Lavrov getmədi. Bu, sadəcə reaksiyadır".
Tarasovun sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri ən pis səviyyədə qalır: "Ermənistanın Rusiyadakı imici heç vaxt indiki qədər aşağı olmayıb. Söhbət Ermənistanın siyasi rəhbərliyindən gedir. Təəssürat belədir ki, onlar türkcə danışır, sonra ingilis dilinə, ingilisdən erməniyə, sonra rus dilinə tərcümə edirlər və biz onların nə dediyini başa düşməliyik".
Ağarza Elçinoğlu