Rusiyalı telejurnalist Nikolay Svanidze vəfat edib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur jurnalist ötən gün Moskvada dünyasını dəyişib.

Onun beyin işemiyası səbəbilə 69 yaşında dünyasını dəyişdiyi bildirilib.

Xatırladaq ki, Svanidzenin rus televiziyasının yaradılmasında mühüm rolu olub. O, ictimai-siyasi verilişlərin teleaparıcısı olub.  "Təfərrüatlar", "Təzadlar", "Zaman məhkəməsi", "Tarixi proses" kimi verilişlərə aparıcılıq edib.

Həmçinin, bir müddət Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin sədri vəzifəsində çalışıb.

Zərifə Nağıyeva