Ermənistan Respublikası Hindistandan əlavə 155 mm-lik ATAGS artilleriya qurğuları almaqda maraqlıdır.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan Müdafiə Araşdırmaları və Təhlil İnstitutunun baş direktoru Sudan Çinoy bildirib.
"ATAGS çox manevr edə bilən qurğulardır. Onlar Hindistanda hazırlanır və çox uğurludur. Erməni tərəfi 6 belə qurğu əldə edib və alışdan razı qalıb", - deyə Sudan Çinoy qeyd edib.
O, Dehlinin artıq Svati radar komplekslərini İrəvana çatdırdığını və bu əməliyyatın dəyərinin 40 milyon dollar olduğunu xatırladıb.
Hindistanın Müdafiə Tədqiqatları və Təhlilləri İnstitutunun baş direktoru əlavə edib ki, Ermənistan həmçinin təxminən 250 milyon dollar dəyərində olan Pinaka çoxlüləli raket sistemlərinə maraq göstərib.
Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, 2024-2025-ci maliyyə ilində Ermənistan tərəfindən alınan Hindistan istehsalı olan silahların ümumi həcmi 600 milyon dollara çatıb. 2021-ci ildən Ermənistan Hindistandan raketlər, artilleriya sistemləri, zenit müdafiə sistemləri və digər silahlar alır.
Ağarza Elçinoğlu